Bazar ertəsi, 8 İyun, 2026
Tarix: 08 Jun 2026 15:10
İstanbulda Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərinin üçtərəfli görüşü başlayıb.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili iştirak edir.
Görüşdən sonra nazirlərin birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.
Dəryanur CəfərovaMənbə: apa.az