Bazar ertəsi, 8 İyun, 2026
Tarix: 08 Jun 2026 16:23
Azərbaycanla Ermənistan arasında normallaşma prosesini dəstəkləyirik.
APA xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan XİN rəhbərlərinin üçtərəfli görüşündən sonra mətbuat konfransında bildirib.
O, Azərbaycanla Ermənistanın sülh sazişini gecikmədən imzalamalarını arzuladıqlarını vurğulayıb.
Nazirin sözlərinə görə, Azərbaycanın haqlı narahatlıqları aradan qaldırılmalıdır.
XİN rəhbəri deyib ki, Cənubi Qafqazda sülhün bərqərar olması üçün Türkiyə əlindən gələni edəcək və tərəflərin ortaya qoyduğu iradə region üçün konkret bir fürsət pəncərəsi açıb.
Hakan Fidan qeyd edib ki, Türkiyə Ermənistanla dialoqu Azərbaycanla koordinasiyada davam etdirir.
O, ötən 4 il ərzində Türkiyə-Ermənistan normallaşma prosesi çərçivəsində əhəmiyyətli irəliləyiş əldə edildiyini diqqətə çatdırıb.
Dəryanur CəfərovaMənbə: apa.az