XİN: Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığının hazırkı vəziyyəti müzakirə edilib

XİN: Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığının hazırkı vəziyyəti müzakirə edilib

Tarix: 08 Jun 2026 18:41

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcü həmkarı Maka Boçorişvili ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında məlumat verilib.

Bildirilib ki, Ceyhun Bayramovun İstanbulda keçirilən Azərbaycan–Gürcüstan–Türkiyə xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşü çərçivəsində Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili ilə görüşü zamanı Azərbaycan –Gürcüstan strateji tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.

Nazirlər sıx siyasi dialoqun, güclü iqtisadi əlaqələrin, eləcə də enerji, nəqliyyat və regional bağlantılar sahəsində uğurlu əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Tərəflər həmçinin, regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi apararaq, Avropa ilə Asiyanı birləşdirən mühüm dəhliz kimi Cənubi Qafqazın artan strateji əhəmiyyətini qeyd ediblər.

XİN rəhbərləri regional sabitliyə, enerji təhlükəsizliyinə və davamlı iqtisadi inkişafa töhfə verən birgə layihələrin, o cümlədən Cənub Qaz Dəhlizi, Orta Dəhliz və digər konnektivlik təşəbbüslərinin irəli aparılmasına dair ortaq öhdəliklərini bir daha təsdiqləyiblər.

Toğrul Quluzadə Azərbaycan Gürcüstan xarici işlər nazirləri Ceyhun Bayramov Maka Boçorişvili
XİN: Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığının hazırkı vəziyyəti müzakirə edilib
XİN: Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığının hazırkı vəziyyəti müzakirə edilib

Mənbə: apa.az

Xəbər Lenti