Laçın, Zabux və Füzulidə ilk dəfə orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib

Tarix: 07.04.2024 15:04

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

Mərkəzdən APA-ya verilən məlumata görə, bu gün işğaldan azad olunmuş Laçın, Füzuli və Zəngilan rayonlarında da buraxılış imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzi ilk dəfə yeni istifadəyə verilmiş Laçın şəhər 2№-li tam orta məktəb, Zabux kənd tam orta məktəbi və Füzulidə M.Uluqbəy adına 1№-li məktəbdə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

Xəbər Lenti