Çərşənbə axşamı, 9 İyun, 2026
Tarix: 09 Jun 2026 11:06
Aramsız yağan yağışlar nəticəsində Qəbələnin Laza kəndinə gedən avtomobil yoluna ziyan dəyib.
APA-nın Şirvan bürosu xəbər verir ki, Dəmiraparan çayından keçən güclü sel nəticəsində yolun bir hissəsi yararsız hala düşüb.
Kəndə gedən yol bağlanıb.
Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, yaranmış problemin aradan qaldırılması istiqamətində tədbirlər görülür.
İlham Əhmədov Qəbələ sel Laza kəndi yol








Mənbə: apa.az