XİN: Azovda dron hücumuna məruz qalmış gəmilərdəki 19 vətəndaşımız Azərbaycana yola salınıb, 2 nəfərin nəşi tapılıb

XİN: Azovda dron hücumuna məruz qalmış gəmilərdəki 19 vətəndaşımız Azərbaycana yola salınıb, 2 nəfərin nəşi tapılıb

Tarix: 09 Jun 2026 11:09

5 iyun tarixində Azov dənizində dron hücumları nəticəsində zərər görmüş gəmilərin heyət üzvləri olan 19 nəfər Azərbaycan vətəndaşı ölkəmizə yola salınıb və onların 9 iyun tarixində gunorta radələrində ölkəmizə çatmaları gözlənilir.

Bu barədə Xarici İşlər Nazirliyindən APA-ya məlumat verilib.

Bildirilib ki, bununla yanaşı, axtarış-xilasetmə tədbirləri nəticəsində 1969-cu il təvəllüdlü Qismət Əliyev və 1981-ci il təvəllüdlü Fuad Orucovun nəşləri tapılıb.

Müvafiq prosedurlar tamamlandıqdan sonra nəşi aşkarlanmış 4 nəfər vətəndaşımızın cənazələrinin və onları müşayiət edən Yeysk şəhərində qalan iki nəfər vətəndaşımızın yaxın günlərdə ölkəmizə yola salınması nəzərdə tutulur”, - Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.

XİN Azov dənizi

Mənbə: apa.az

Xəbər Lenti