Çərşənbə axşamı, 9 İyun, 2026
Tarix: 09 Jun 2026 16:14
"İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilib.
APA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təqvim ili ərzində icbari tibbi sığorta fondunun vəsaiti hesabına sığorta təminatı verilən sümük iliyi və ya hematopoetik kök hüceyrələrin transplantasiyasının say həddi 20-dən 50-ə qaldırılıb.
Firuzə Vahid İcbari Tibbi Sığorta Əli ƏsədovMənbə: apa.az