Çərşənbə, 10 İyun, 2026
Tarix: 10 Jun 2026 21:19
Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib.
Bu barədə APA-ya XİN-dən məlumat verilib.
"Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş pilotsuz uçuş aparatı hücumu nəticəsində həlak olmuş 4 nəfər Azərbaycan vətəndaşının nəşləri 10 iyun tarixində Vətənə gətirilib.
Faciə nəticəsində həlak olmuş həmvətənlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk", - məlumatda deyilir.
Firuzə Vahid Azov dənizi PUA yük gəmiləri dron hücumuMənbə: apa.az