Aİ-nin bütün ölkələri Ukrayna və Moldovanın ittifaqa qəbuluna dair danışıqlara başlanmasına razılıq verib

Aİ-nin bütün ölkələri Ukrayna və Moldovanın ittifaqa qəbuluna dair danışıqlara başlanmasına razılıq verib

Tarix: 12 Jun 2026 22:49

Avropa İttifaqı iyunun 15-də Ukrayna və Moldovanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqların ilk mərhələsinə rəsmi şəkildə başlayacaq.

APA xəbər verir ki, bununla bağlı Avropa Komissiyasının prezidenti Ursula Fon der Leyen öz “X” hesabında məlumat verib.

“Bu gün Avropa İttifaqı mühüm bir addım atdı. Bütün üzv dövlətlər Ukrayna və Moldova ilə üzvlük danışıqlarının ilk klasterinin açılmasına razılıq verdilər”, - diplomat yazıb.

Qeyd edək ki, danışıqların başlanması həmin ölkələrin dərhal Aİ-yə qəbul olunacağı anlamına gəlmir. Üzvlük prosesi uzunmüddətli islahatlar və bütün üzv dövlətlərin yekdil razılığı tələb edən mərhələlərdən ibarətdir.

Avropa Ukrayna

Mənbə: apa.az

Xəbər Lenti