İsrail ordusu Qəzzada HAMAS-ın anbarlarına zərbə endirdiyini açıqlayıb

İsrail ordusu Qəzzada HAMAS-ın anbarlarına zərbə endirdiyini açıqlayıb

Tarix: 13 Jun 2026 03:46

İsrail ordusu Qəzza zolağının mərkəzinə dəqiq zərbə endirib.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, zərbələr zamanı HAMAS-ın silahlı qrupları tərəfindən silah saxlamaq üçün istifadə edilən üç obyekt vurulub.

Anbarlarda minaatan mərmiləri, tank əleyhinə raket qurğuları, partlayıcı qurğular, odlu silahlar və digər silahlar olduğu iddia olunub.

İsrail HAMAS Qəzza

Mənbə: apa.az

Xəbər Lenti