Şənbə, 13 İyun, 2026
Tarix: 13 Jun 2026 10:03
Azərbaycanda donorların sayı artmaqdadır.
APA xəbər verir ki, bu barədə Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev bildirib.
Onun sözlərinə görə, 2023-cü ildən etibarən ölkədə donorların sayında artım müşahidə olunur. Belə ki, 2023-cü ildə donorların sayı 93 min, 2024-cü ildə 124 min, 2025-ci ildə 138 min olub.
Bu ilin 5 ayında da donorların sayında artım qeydə alınıb.
Elxan Nağıyev qeyd edib ki, ölkədə qana olan tələbat ödənilir.
donorların sayı qana olan tələbatMənbə: apa.az