- , 22 Dekabr, 2024
Tarix: 20.04.2024 01:23
Görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Süleyman Ələsgərovun 100 illiyinə həsr olunmuş "Xalqın mədəni sərvəti" layihəsi çərçivəsində Şirvan-Salyan, Şəki-Zaqatala, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Biləsuvar Heydər Əliyev Mərkəzi, Şəki Heydər Əliyev Mərkəzi, Tovuz şəhər Nizami adına Mədəniyyət Evində bəstəkarın əsərlərindən ibarət konsert proqramları baş tutub.
APA xəbər verir ki, gün ərzində müxtəlif regionlar üzrə baş tutan konsertlərdə Salyan, Biləsuvar və Neftçala incəsənət məktəblərinin, Hacıqabul, Şirvan, Salyan, Şəki, Ağstafa, Tovuz və Qazax musiqi məktəblərinin kollektivləri iştirak ediblər. Bəstəkarın əsərlərindən ibarət konsert proqramı böyük rəğbətlə qarşılanıb.
Qeyd edək ki, 20 aprel Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Süleyman Ələsgərovun 100 illiyinə həsr olunmuş layihənin təntənəli bağlanışı keçiriləcək.