İsrail ordusu son bir gündə “Hizbullah”ın 70-dən çox obyektinə zərbə endirib

İsrail ordusu son bir gündə “Hizbullah”ın 70-dən çox obyektinə zərbə endirib

Tarix: 13 Jun 2026 16:30

İsrail Müdafiə Qüvvələri (IDF) son bir gündə Hizbullahın 70-dən çox obyektinə zərbə endirib.

APA xəbər verir ki, bu barədə IDF məlumat yayıb.

Məlumata görə, son 24 saat ərzində Hizbullaha məxsus 70-dən çox infrastruktur obyekti, o cümlədən raket buraxılış qurğuları və Hizbullah üzvlərinin İsrail hərbçilərinə və mülki şəxslərə qarşı hücumları hazırlamaq üçün istifadə etdikləri tikililər vurulub.

Eyni zamanda, Cənubi Livanda IDF hərbçilərinin fəaliyyət göstərdiyi ərazilərdə aşkarlanan silahlılar zərərsizləşdirilib.

İlqar Xudiyev IDF Hizbullah Livan İsrail

Mənbə: apa.az

Xəbər Lenti