Şənbə, 13 İyun, 2026
Tarix: 13 Jun 2026 19:10
Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp Fransada keçiriləcək G7 sammitində iştirak edəcək.
AFP-nin xəbərinə görə, sammit iyunun 15-17-də Fransanın Evian-les-Bains şəhərində keçiriləcək.
Məlumata görə, dəvət olunmuş liderlərin, o cümlədən Zelenskinin iştirakı ilə sessiyaların çərşənbə axşamı baş tutacağı bildirilir.
G7 liderləri Ukrayna Prezidenti ilə birlikdə Rusiyanı müharibənin dayandırılması ilə bağlı danışıqlara məcbur etmək üçün vahid yanaşma formalaşdırmağa çalışacaqlar.
Fransa Prezidenti Emmanuel Macron bildirib ki, Zelenskinin sammitdə iştirakı G7 daxilində, xüsusilə də danışıqlar məsələsində konsensusun bərpası baxımından mühüm əhəmiyyət daşıyır.
İlqar Xudiyev Tramp Zelenski Makron G7Mənbə: apa.az