Ukrayna XİN bioloji silah hazırlanması iddialarını təkzib edib

Ukrayna XİN bioloji silah hazırlanması iddialarını təkzib edib

Tarix: 13 Jun 2026 23:51

Ukrayna Xarici İşlər Nazirliyi ölkədə bioloji silah hazırlandığı barədə məlumatları təkzib edib.

APA-nın məlumatına görə ,nazirlikdən bildirilib ki, Ukraynadakı laboratoriyalar yalnız mülki fəaliyyətlə məşğuldur və beynəlxalq standartlara uyğun fəaliyyət göstərir.

Diplomatlar əlavə ediblər ki, ABŞ-la biotəhlükəsizlik sahəsində əməkdaşlıq ictimai səhiyyə, epidemioloji nəzarət, laborator diaqnostikası və bioloji müdafiə imkanlarının gücləndirilməsinə yönəlib.

Ukrayna ABŞ bioloji silah

Mənbə: apa.az

Xəbər Lenti