Axios: ABŞ və İran iyunun 14-də virtual formatda memorandum imzalayacaq

Axios: ABŞ və İran iyunun 14-də virtual formatda memorandum imzalayacaq

Tarix: 14 Jun 2026 00:54

ABŞ və İran arasında memorandumun imzalanması iyunun 14-də virtual formatda keçiriləcək.

Bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, sənəd mövcud atəşkəs rejiminin daha 60 gün uzadılmasını nəzərdə tutur.

Virtual görüşdə vasitəçi qismində Pakistan və Qətər nümayəndələrinin də iştirak edəcəyi bildirilir.

Memorandumda Hörmüz boğazının açılması və İranın nüvə proqramı ilə bağlı danışıqların başlanması da əksini tapıb.

"Axios"un məlumatına görə, imzalanmanın onlayn keçirilməsi logistika səbəbləri ilə bağlıdır.

ABŞ İran Axios Pakistan Qətər memorandum

Mənbə: apa.az

Xəbər Lenti