ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb

ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb

Tarix: 14 Jun 2026 06:46

ABŞ-ın Vaşinqton ştatının Yakima dairəsində hərbi təyyarə qəzaya uğrayıb.

Bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Məlumata görə, pilot katapult edərək təyyarəni tərk edib və xəstəxanaya çatdırılıb.

Qəzanın səbəbləri hələlik açıqlanmayıb.

Hadisə nəticəsində ərazidə meşə yanğını başlayıb. Xilasedicilər qəzanın baş verdiyi Rimrok gölü yaxınlığında istirahət edən şəxsləri təxliyə ediblər.

Yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürmə briqadaları cəlb olunub.

ABŞ Vaşinqton ştatı Yakima

Mənbə: apa.az

Xəbər Lenti