Şənbə, 24 Yanvar, 2026
Tarix: 20 Apr 2024 21:54
ABŞ-nin Nümayəndələr Palatası Ukrayna, İsrail və Tayvana hərbi dəstək, eləcə də Rusiyanın dondurulmuş aktivlərinin müsadirə olunaraq Kiyevə verilməsi barədə qanunu təsdiqləyib.
APA-nın məlumatına görə, bu barədə qərar səs çoxluğu ilə qəbul edilib. Palata Ukraynaya 61 milyard dollara yaxın əlavə yardım haqqında qanun qəbul edib.
Bundan əlavə Tayvana 8 milyard dollarlıq dəstəyi nəzərdə tutan qanun da palatadan keçib.
Qanunverici orqan Çinə əlavə sanksiyalar paketini də qəbul edib.