Brüsseldə Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə edilib

Brüsseldə Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə edilib

Tarix: 21 Oct 2026 09:42

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Brüsseldə NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton ilə görüşüb.

APA xəbər verir ki, bu barədə məlumat Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin “X” hesabında paylaşılıb.

Görüşdə Azərbaycan-NATO əməkdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Tərəflər tərəfdaşlığın dərinləşdirilməsi, eləcə də siyasi, hərbi və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı ortaq istəklərini təsdiqləyiblər.

Firuzə Vahid

Mənbə: apa.az

Xəbər Lenti