Çərşənbə, 21 Oktyabr, 2026
Tarix: 21 Oct 2026 06:07
ABŞ, Ukrayna və Avropa ölkələri Osloda keçirilən görüşdə münaqişənin nizamlanması və Rusiya ilə qarşılıqlı əlaqələr üzrə addımlara dair ümumi mövqeyi razılaşdırıblar.
Bu barədə “Axios” portalının müxbiri Barak Ravid öz “X” hesabında məlumat verib.
Onun sözlərinə görə, Ukrayna ətraflı müzakirə olunan yeni ideya və təkliflər irəli sürüb.
Tərəflər Rusiya ilə əlaqələr və diplomatik prosesin irəlilədilməsi üzrə əlaqələndirilmiş yanaşmanın razılaşdırılmasında əhəmiyyətli irəliləyiş əldə ediblər.
ABŞ Avropa Ukrayna RusiyaMənbə: apa.az