Şənbə, 24 Yanvar, 2026
Tarix: 21 Apr 2024 17:38
Almaniyanın qərbindəki Olpe şəhəri yaxınlığında avtobusun aşması nəticəsində 27 məktəbli xəsarət alıb.
APA xəbər verir ki, bu barədə Bild nəşri məlumat yayıb.
Məlumatda bildirilir ki, avtobusda Marburqdan İngiltərəyə 15-17 yaşlı məktəblilər olub, göyərtəsində böyüklər də olub. A45 şosesində avtobus qəfildən yoldan çıxaraq aşıb.
Dörd yeniyetmə ağır yaralanıb və xəstəxanaya aparılıb. Avtobus sürücüsü də yüngül xəsarətlər alıb. Qəzanın səbəbləri aydınlaşdırılır.