Netanyahu yaxın günlərdə HAMAS-a təzyiqi artıracağına söz verib

Tarix: 21 Apr 2024 19:25

İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin yaxın günlərdə Fələstinin HAMAS hərəkatına hərbi və siyasi təzyiqlərini artıracağını bildirib.

APA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Yaxın günlərdə HAMAS-a hərbi və siyasi təzyiqi artıracağıq, çünki bu, girovlarımızı azad etmək və qələbəmizə nail olmaq üçün yeganə yoldur”, - Netanyahu bildirib.

O, həmçinin ölkənin təhlükəsizliyinin təmin edilməsində İsrail Müdafiə Qüvvələrinin müstəsna rolunu vurğulayıb.

Xəbər Lenti