Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb

Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb

Tarix: 15 Jun 2026 14:34

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycanın xilas və inkişaf yolunu əks etdirən xüsusi videoçarx hazırlanıb.

Komitədən APA-ya verilən məlumata görə, videoçarxda Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı və bu tarixi hadisənin müasir Azərbaycanın qələbələrinə necə zəmin yaratdığı işıqlandırılır, onun məcburi köçkünlərə göstərdiyi xüsusi qayğı xronikal kadrlarla təqdim olunur. "Biz mütləq doğma torpaqlarımıza qayıdacağıq" fəlsəfəsi videonun ideoloji sütununu təşkil edir.

Videoçarxda, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərbi qüdrətinin artırılması və 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbə vurğulanır, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın qürurverici kadrları əks olunur.

Videoçarxın əsas qayəsi 15 İyun Qurtuluş Günü ilə 8 Noyabr Zəfər Günü arasındakı qırılmaz bağı — Azərbaycanın intibahının başlanğıcı ilə onun zirvəsini hər bir vətəndaşa çatdırmaqdır.

15 iyun - Milli Qurtuluş Günü Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

Mənbə: apa.az

Xəbər Lenti