Şənbə, 24 Yanvar, 2026
Tarix: 22 Apr 2024 03:38
Almaniya hökuməti bu ilin birinci rübündə 5,2 milyard avro dəyərində silah ixrac edib.
APA xəbər verir ki, bu barədə Almaniya Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu məbləğin 74 faizi Ukraynaya yönləndirilib.
Təqdim olunan məlumatlara görə, Almaniyadan silah ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə (2,4 milyard avro) iki dəfədən çox artıb.
Almaniya Ukraynaya ABŞ-dən sonra ikinci ən böyük silah tədarükçüsüdür.