Çərşənbə axşamı, 16 İyun, 2026
Tarix: 16 Jun 2026 14:19
Azərbaycan və Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası bu il ərzində keçiriləcək.
APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin məlumatında qeyd edilib.
Bildirilib ki, Birləşmiş Krallığın Biznes və Ticarət Nazirliyinin investisiyalar üzrə dövlət naziri Lord Stokvudun iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündə strateji Tərəfdaşlıq və bu ilin sonunda keçiriləcək Birgə Hökumətlərarası Komissiya üçün dinamikanın gücləndirilməsi müzakirə edilib.
Firuzə Vahid Böyük Britaniya Mikayıl Cabbarov
Mənbə: apa.az