Çərşənbə axşamı, 16 İyun, 2026
Tarix: 16 Jun 2026 16:31
Daşkənd şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 16-da Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.
Bu barədə APA-ya Nazirlər Kabinetindən xəbər verilib.
Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Özbəkistanın dövlət başçısına çatdırıb.
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.
Görüşdə Azərbaycan-Özbəkistan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik əsasında uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub.
Ticarət-iqtisadi, investisiya, nəqliyyat-logistika, enerji, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri geniş müzakirə edilib.
Firuzə Vahid Əli Əsədov Özbəkistan Prezidenti Şavkat MirziyoyevMənbə: apa.az