ABŞ Konqresinin nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib

ABŞ Konqresinin nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib

Tarix: 17 Jun 2026 14:44

Azərbaycanda səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamadenin başçılıq etdiyi nümayəndə heyəti iyunun 17-də Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər güllər düzüb. Bu barədə APA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib. Sonra Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib. Ziyarət zamanı nümayəndə heyətini protokol əməkdaşları və digər rəsmi şəxslər müşayiət ediblər.

Firuzə Vahid ABŞ Konqresi Şəhidlər xiyabanı
ABŞ Konqresinin nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib
ABŞ Konqresinin nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib
ABŞ Konqresinin nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib

Mənbə: apa.az

Xəbər Lenti