Çərşənbə, 17 İyun, 2026
Tarix: 17 Jun 2026 17:05
Omanın Sultanı Heytəm bin Tariq Al Səid Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
APA xəbər verir ki, təbrik məktubunda deyilir:
"Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırmaqdan böyük məmnunluq duyuram.
Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı tərəqqi, sülh və firavanlıq arzulayıram".
Azərbaycan Prezidenti İlham Əliyev Omanın Sultanı Heytəm bin Tariq Al Səid
Mənbə: apa.az