Ağdamda Xaçın çayından sel keçib, avtomobil yolunun bir hissəsini su yuyub - FOTO

Tarix: 17 Jun 2026 18:36

Ağdamda Xaçın çayından sel keçib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, son günlər müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Xaçın çayında suyun səviyyəsi yüksəlib. Sel suları Ağdamın Xaçınçay qəsəbəsini rayon mərkəzi ilə birləşdirən avtomobil yolunun bir hissəsini yuyub. Həmçinin sel nəticəsində qaz xəttinə ziyan dəyib.

Hazırda əraziyə aidiyyəti qurumların texnika və canlı qüvvəsi cəlb olunub, yaranan problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görülür, vəziyyət nəzarətdə saxlanılır.

Elgün Gəncimsoy Ağdam Xaçın çayı sel
Ağdamda Xaçın çayından sel keçib, avtomobil yolunun bir hissəsini su yuyub - FOTO
Ağdamda Xaçın çayından sel keçib, avtomobil yolunun bir hissəsini su yuyub - FOTO
Ağdamda Xaçın çayından sel keçib, avtomobil yolunun bir hissəsini su yuyub - FOTO

Mənbə: apa.az

Xəbər Lenti