G7 ölkələri Ukraynada uzaqmənzilli raketlərin istehsalını nəzərdən keçirir

G7 ölkələri Ukraynada uzaqmənzilli raketlərin istehsalını nəzərdən keçirir

Tarix: 17 Jun 2026 23:54

G7 ölkələrinin Ukraynada uzaqmənzilli raketlərin və hava hücumundan müdafiə sistemlərinin lisenziyalı istehsalını təşkil etmək niyyətində olduğu bildirilir.

Bu barədə “Parisien” qəzeti Qərb diplomatik mənbələrinə istinadən yazıb.

“Müdafiə sistemləri ilə yanaşı, dərin zərbələr endirmək imkanına malik vasitələri də lisenziya əsasında istehsal edəcəyik”, – deyə nəşr mənbələrə istinadən qeyd edib.

Məlumatda layihənin detalları açıqlanmayıb.

Mənbə: apa.az

Xəbər Lenti