Tramp ABŞ-İran sazişinin nüsxəsini Versalda imzalayıb

Tramp ABŞ-İran sazişinin nüsxəsini Versalda imzalayıb

Tarix: 18 Jun 2026 04:41

ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronun Versal sarayında təşkil etdiyi şam yeməyindən sonra ABŞ-İran sazişinin nüsxəsini imzalayıb.

Bu barədə CNN məlumat yayıb.

Məlumata görə, Tramp jurnalistlərə “Sənəd imzalanıb” deyib. Daha sonra ABŞ tərəfi imzalanmış sənədin fotosunu İran rəsmilərinə göndərib.

Sənəddə ABŞ-ın İrana neft ixracına imkan verəcək güzəştlər tətbiq edəcəyi, həmçinin strateji əhəmiyyət daşıyan Hörmüz boğazının yenidən gəmiçilik üçün açılması ilə bağlı müddəaların yer aldığı bildirilir.

Razılaşmaya əsasən, İran “nüvə silahı əldə etməyəcəyini və inkişaf etdirməyəcəyini” öhdəsinə götürür. Sənəd eyni zamanda ABŞ və regional tərəfdaşların İranın bərpası məqsədilə 300 milyard dollarlıq fond yaratmasını nəzərdə tutur. Fondun fəaliyyət mexanizmi danışıqların növbəti mərhələsində müəyyənləşdiriləcək.

Saziş mətnində həmçinin bütün cəbhələrdə, o cümlədən İsrailin zərbələri davam etdirdiyi Livanda hərbi əməliyyatların dayandırılmasının nəzərdə tutulduğu qeyd edilir.

Mənbə: apa.az

Xəbər Lenti