Cümə axşamı, 18 İyun, 2026
Tarix: 18 Jun 2026 09:29
"Azərbaycan qlobal enerji sahəsində, eləcə də Avrasiya boyunca ölkələri birləşdirmək, zəruri bağlantıları təmin etmək üçün iri enerji infrastruktur layihələrinin maliyyələşdirilməsi və həyata keçirilməsi baxımından mühüm aktora çevrilib".
APA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında söyləyib.
"Xəzər dənizinin Qara dənizlə birləşdirilməsi və dənizdə olan qaz yataqlarının Avropa bazarlarına çıxış əldə edilməsi bizdən diplomatiyanın, siyasi münasibətlərin qurulmasını, o cümlədən möhkəm əsasların yaradılmasını və müqavimətli iqtisadiyyatın qurulmasını tələb edir.
Bütün bu meyarların kombinasiyası Azərbaycanın mühüm enerji təchizatçısına çevrilməsinə imkan yaradır. Həmçinin təbii qazın təchizatına gəldikdə, Azərbaycan bu gün məhz təchizatın coğrafiyası baxımından birinci yerdədir. Biz 16 ölkəyə təbii qaz təchiz edirik və bu say ildən-ilə artır və artmaqda davam edəcək", - Prezident qeyd edib.
Mənbə: apa.az