Cümə axşamı, 18 İyun, 2026
Tarix: 18 Jun 2026 09:59
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-may aylarında 28631 doğulan körpə qeydə alınıb.
APA xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin yanvar-may ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb.
Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,4-dən 8,5-ə düşüb. Doğulan körpələrin 53,6 faizi oğlan uşaqları, 46,4 faizi isə qız uşaqları olub. Doğulan körpələrdən 980-i əkiz, 39-u isə üçəm olub.
Günay ElşənMənbə: apa.az