Sabah ölkə üzrə pensiyalar ödəniləcək

Sabah ölkə üzrə pensiyalar ödəniləcək

Tarix: 18 Jun 2026 11:17

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyunun 19-da respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Bu barədə APA-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DSMF təqaüd pensiya

Mənbə: apa.az

Xəbər Lenti