Cümə axşamı, 18 İyun, 2026
Tarix: 18 Jun 2026 14:50
Rusiya və Ukrayna arasında hərbçilərin meyitlərinin növbəti mübadiləsi olub.
TASS-ın xəbərinə görə, Moskva 522 Ukrayna hərbçisinin meyitini Kiyevə, Kiyev isə 33 Rusiya hərbçisinin meyitini Moskvaya təhvil verib.
Qeyd edək ki, iki ölkə arasında hərbçilərin meyitlərinin sonuncu mübadiləsi 15 mayda keçirilib.
Mənbə: apa.az