Cümə axşamı, 18 İyun, 2026
Tarix: 18 Jun 2026 17:47
Rusiya hücumlara cavab olaraq Ukraynadakı hədəflərə müntəzəm kütləvi zərbələr endirəcək.
Rusiya mediasının xəbərinə görə, bu barədə xarici işlər naziri Sergey Lavrov bildirib.
O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin asılı olduğu hədəflər hücuma məruz qalacaq.
“İnanıram ki, bütün düzgün sözlər deyilib, amma sözlərin yetərli olmadığına çoxdan əminəm”, - Lavrov vurğulayıb.
Rusiya XİN rəhbəri Prezident Vladimir Putinin “Ukrayna ordusunun döyüş qabiliyyətinin birbaşa asılı olduğu hədəflərə müntəzəm olaraq kütləvi hücumlar edəcəyik” sözlərini xatırladıb.
Mənbə: apa.az