Cümə, 19 İyun, 2026
Tarix: 18 Jun 2026 22:00
“Bu gün ABŞ silahlı qüvvələri Prezidentin göstərişinə uyğun olaraq, İran limanlarına və sahil ərazilərinə daxil olan və çıxan bütün dəniz nəqliyyatına qarşı blokadanı qaldırdı”.
APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) “X” hesabında məlumat verilib.
“ABŞ qüvvələri gəmilərin İran limanlarına və ya İran limanlarından tranzitinə mane olmur. ABŞ-ın hərbi blokadanı tətbiq etmək səyləri dayandırılıb. Böyük hərbi dəniz gəmilərimiz razılaşmanın bütün şərtlərinə əməl olunmasını, onların yerinə yetirilməsini və tam qüvvədə qalmasını təmin etmək üçün ümumi bölgədə qalmağa davam edəcək”, açıqlamada deyilir.
CENTCOM ABŞ İran blokadaMənbə: apa.az