Uitkoff: İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək

Uitkoff: İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək

Tarix: 19 Jun 2026 02:11

“ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff ABŞ qanunvericilərinə bildirib ki, İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə vermək niyyətindədir”.

Bu barədə mənbələrə istinadən “Associated Press” məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Uitkoff bu barədə cümə axşamı qapalı brifinqdə ABŞ Konqresinin üzvlərini məlumatlandırıb.

"İran BMT-nin nüvə nəzarət orqanını nüvə obyektlərini yoxlamağa və Tehranın zənginləşdirilmiş materiallarının yerlərini müəyyən etmək və açıqlamaq üçün işə başlamağa dəvət edəcək", - Uitkoff deyib.

ABŞ Uitkoff İran nüvə

Mənbə: apa.az

Xəbər Lenti