Şənbə, 20 İyun, 2026
Tarix: 19 Jun 2026 13:18
Vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə diplomatik xidmət orqanı əməkdaşının xidmətinə xitam veriləcək.
APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı "Diplomatik xidmət haqqında” qanuna əlavə edilən yeni - 30.1.14-cü maddədə əksini tapıb.
Bu halda diplomatik xidmət əməkdaşının vərəsələrinə orta aylıq dövlət məvacibinin 4 misli miqdarında müavinət ödəniləcək.
İtkin diplomatlar vərəsələr müavinətMənbə: apa.az