Əraqçi İsraili "daimi müharibə" istəməkdə günahlandırıb

Əraqçi İsraili "daimi müharibə" istəməkdə günahlandırıb

Tarix: 19 Jun 2026 17:16

İranın xarici işlər naziri Abbas Əraqçi İsraili daimi müharibə istəməkdə günahlandırıb.

APA xəbər verir ki, o, bunu “X” hesabında İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Qvirin 4 İsrail hərbçisinin ölümündən sonra “bütün Livan yanmalıdır” bəyanatına münasibət bildirərkən yazıb.

O, bu sözlərin İsrailin təhlükəsizlik naziri tərəfindən deyilməsinə diqqət çəkib.

Əraqçi qeyd edib ki, İsrailin yeganə marağı daimi müharibədir.

İran XİN rəhbəri İsrailin milli təhlükəsizlik nazirinin fikirlərini bütün bəşəriyyət üçün təhdid adlandırıb.

Toğrul Quluzadə Abbas Əraqçi İtamar Ben Qvir İran İsrail

Mənbə: apa.az

Xəbər Lenti