Şənbə, 20 İyun, 2026
Tarix: 19 Jun 2026 21:26
Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclası çərçivəsində Astanaya səfər edən Azərbaycan nümayəndə heyəti ölkənin Qazaxıstandakı səfirliyini ziyarət edib.
APA xəbər verir ki, bu barədə Azərbaycanın Qazaxıstandakı səfirliyi məlumat yayıb.
Məlumata görə, nümayəndə heyətinə Azərbaycanın müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev rəhbərlik edib.
https://x.com/AzEmbassyKz/status/2068020942799048853Azərbaycan Qazaxıstan Astana Kərim Vəliyev
Mənbə: apa.az