Tramp Kubada Venesuela ssenarisinə oxşar əməliyyat keçirilməsi ehtimalını istisna etməyib

Tramp Kubada Venesuela ssenarisinə oxşar əməliyyat keçirilməsi ehtimalını istisna etməyib

Tarix: 19 Jun 2026 23:49

ABŞ Prezidenti Donald Tramp Kubada Venesuela ssenarisi üzrə əməliyyat keçirilməsi ehtimalını istisna etməyib.

Tramp bu barədə "Axios" portalına müsahibəsində danışıb.

Jurnalistin Kubada belə bir əməliyyatın mümkünlüyü ilə bağlı sualına cavab olaraq Tramp “Mümkündür. Bu mümkündür” deyib.

ABŞ lideri qeyd edib ki, Kuba və Venesuela İranla müqayisədə ABŞ ərazisinə daha yaxındır.

“İran çox uzaqdadır. Venesuela isə nisbətən yaxındır, Kuba isə demək olar ki, qapımızın ağzındadır”, – deyə Tramp bildirib.

O, həmçinin dövlət katibi Marko Rubionun Kuba siyasətinin formalaşdırılmasında fəal iştirak etdiyini vurğulayıb.

Donald Tramp Kuba Venesuela ABŞ Marko Rubio

Mənbə: apa.az

Xəbər Lenti