Azərbaycan və Özbəkistan XİN rəhbərləri telefon danışığı aparıb, strateji tərəfdaşlıq müzakirə olunub

Azərbaycan və Özbəkistan XİN rəhbərləri telefon danışığı aparıb, strateji tərəfdaşlıq müzakirə olunub

Tarix: 20 Jun 2026 15:02

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan xarici işlər naziri Baxtiyar Saidovla telefon danışığı aparıb.

APA xəbər verir ki, bu barədə Baxtiyar Saidov “X” hesabında bildirib.

Nazir bildirib ki, Özbəkistan və Azərbaycan arasında strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib, həmçinin müxtəlif səviyyələrdə keçiriləcək qarşıdakı tədbirlərin qrafiki ilə bağlı fikir mübadiləsi aparılıb.

“Xüsusi diqqət qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən ticarət, iqtisadiyyat, investisiya, nəqliyyat və logistika, enerji və digər istiqamətlərdə əməkdaşlığın daha da dərinləşdirilməsinə yönəldilib. Telefon danışığı zamanı ikitərəfli və çoxtərəfli gündəlikdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub”, - nazir əlavə edib.

Firuzə Vahid Azərbaycan Özbəkistan XİN

Mənbə: apa.az

Xəbər Lenti