Şənbə, 20 İyun, 2026
Tarix: 20 Jun 2026 21:04
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq, tranzit yüklərin tədarükü həyata keçiriləcək.
APA xəbər verir ki, 17 vaqondan ibarət, çəkisi 1000 tona yaxın olan dizel yanacağı 21 iyun tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.
Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 13 min tondan çox dizel, 4 min tondan çox Aİ-92 və Aİ-95 benzini ixrac olunub.
Eyni zamanda Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük də həyata keçiriləcək.
18 vaqondan ibarət, çəkisi 1260 ton olan buğda eyni tarixdə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 32 min tondan çox taxıl, 7 min tondan çox gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.
Mənbə: apa.az