Bazar, 21 İyun, 2026
Tarix: 21 Jun 2026 11:22
Bakıda Argentinanın Milli Gününə həsr olunmuş “Te Deum” mərasimi keçirilib.
APA xəbər verir ki, “Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi” Katolik Kilsəsində təşkil olunan tədbirdə diplomatlar, Bakıda yaşayan xristian icmasının nümayəndələri və media təmsilçiləri iştirak ediblər.
Argentinanın Azərbaycandakı səfiri Marianxeles Belluşi bildirib ki, Milli Gün münasibətilə oxunan “Te Deum” duasında Argentinanın rifahı, Azərbaycan–Argentina əlaqələrinin inkişafı və Argentinanın Dünya Kubokunda qələbələri üçün dua edilib.
Duadan sonra Bibliyadan parçalar oxunub, günahların bağışlanması üçün dualar edilib.
Qeyd edək ki, Argentinada hər il mayın 25-də 1810-cu il May İnqilabının və ilk milli hökumətin yaradılmasının ildönümü münasibətilə kilsələrdə “Te Deum” mərasimləri keçirilir. Adətən bu mərasimlərdə prezident, nazirlər, hərbi rəsmilər və müxtəlif dini icmaların nümayəndələri iştirak edirlər. Mərasim Tanrıya şükür etmək, eyni zamanda ölkənin birliyi və rifahı üçün dua etmək məqsədi daşıyır.
https://t.me/apa_az/121429Toğrul Quluzadə Argentinanın Milli Günü “Te Deum” mərasimi


Mənbə: apa.az