Bazar, 21 İyun, 2026
Tarix: 21 Jun 2026 13:28
Fövqəladə Hallar Nazirliyin küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət edib.
Nazirlikdən APA-ya verilən xəbərə görə, hazırda ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.
"Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!", - deyə müraciətdə qeyd olunub.
FHN külək çimərlik
Mənbə: apa.az