Şənbə, 24 Yanvar, 2026
Tarix: 26 Apr 2024 04:04
Seneqalda avtobusun aşması ilə nəticələnən ağır yol qəzası olub.
APA xəbər verir ki, bu barədə Seneqal mətbuatı ölkənin təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.
Hadisə zamanı 13 nəfər ölüb, 40-a yaxın adam yaralanıb.
Avtobus cümə axşamı yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə təxminən 23:00) Seneqalın mərkəzindəki kəndin yaxınlığında aşıb.