Əmtəə bazarlarında qızılın qiyməti 4 200 dollardan aşağı enib

Əmtəə bazarlarında qızılın qiyməti 4 200 dollardan aşağı enib

Tarix: 22 Jun 2026 09:08

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb.

"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 1,21% azalaraq 4 194,4 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin sentyabr fyuçerslərinin qiyməti də 1,07% azalaraq 66,09 ABŞ dolları təşkil edib.

Emil İsmayılov COMEX qızıl gümüş

Mənbə: apa.az

Xəbər Lenti