Ümumi orta təhsil səviyyəsi üzrə iyunun 21-də keçirilən imtahanların nəticəsi 10 gündən sonra açıqlanacaq

Ümumi orta təhsil səviyyəsi üzrə iyunun 21-də keçirilən imtahanların nəticəsi 10 gündən sonra açıqlanacaq

Tarix: 22 Jun 2026 11:43

Hazırda imtahan materiallarının emalı aparılır. Yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 10 gündən sonra elan olunması nəzərdə tutulur.

Bu barədə APA-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, imtahanlarda istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları ilə buradan tanış ola bilərsiniz.

Günay Elşən DİM imtahan

Mənbə: apa.az

Xəbər Lenti