Bazar ertəsi, 22 İyun, 2026
Tarix: 22 Jun 2026 12:34
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Azərbaycan Milli Məclisinin ev sahibliyi ilə Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı Parlament Birliyinin (İSİPAB) 20-ci Konfransında iştirak etmək məqsədilə 23-24 iyun 2026-cı il tarixlərində Azərbaycana səfər edəcək.
Türkiyənin Azərbaycandakı səfirliyindən APA-ya verilən xəbərə görə, TBMM sədri konfrans çərçivəsində iştirakçı ölkələrdən olan həmkarları və beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək.
Firuzə Vahid Numan Kurtulmuş Türkiyə Böyük Millət Məclisinin sədri İslam Əməkdaşlıq Təşkilatı
Mənbə: apa.az